Bakı. Trend:
Zəngilandan çıxanda 30 yaşım vardı, ailəli idim. İki övladım vardı. İndi oraya qayıdan oğlum mənim oradan çıxdığım yaşdadır.
Trend xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndi sakini Validə Səmədova deyib.
“Üç övladım, beş nəvəmlə kəndə qayıdıram. Çox sevincliyəm. Bu günü çoxdan gözləyirdik”, - o vurğulayıb.
Xatırladaq ki, avqustun 12-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə - 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.