...

Çox fərəhli bir gündür - İlqar Məmmədov

Cəmiyyət Materials 12 Avqust 2023 09:20 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çox fərəhli bir gündür ki, belə sevinc hissi ilə öz yurdumuza qayıdırıq.

Trend xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndi sakini İlqar Məmmədov deyib.

O qeyd edib ki, ailələri dörd nəfərdən ibarətdir.

“Valideynlərim artıq bir ildən artıqdır ki, Ağalı kəndində yaşayır. Onların yanına gedib-gəlirdim. İndi tam başqa bir hiss yaşayıram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin ki, bizə belə bir sevincli günü yaşatdılar”, - deyə o əlavə edib.

Xatırladaq ki, avqustun 12-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə - 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti