...

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANIB

Cəmiyyət Materials 21 Avqust 2023 15:37 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.08.2023 - 20.08.2023) açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 234 piyada əleyhinə mina, 103 tank əleyhinə mina, 53 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 453, 90 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti