...

Neçə məktəb vahid formadan imtina edib? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 24 Avqust 2023 11:22 (UTC +04:00)
Neçə məktəb vahid formadan imtina edib? - RƏSMİ AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə üzrə forma seçimindən imtina etmiş məktəb qeydə alınmayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edək ki,Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

Xatırladaq ki,Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, məktəblər forma seçimində müstəqildirlər, hətta bundan imtina edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti