...

Bakının 554 küçəsi yuyulub

Cəmiyyət Materials 2 Sentyabr 2023 17:54 (UTC +04:00)
Bakının 554 küçəsi yuyulub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 2-də paytaxtda təmizlik və abadlıqla bağlı növbəti daxili iməclik keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən xəbərə görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 554 əsas küçə və prospektlərin, həmçinin qəsəbələrdəki yolların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda didər təmizlik və abadlıq işləri həyata keçirilib.

"Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti