...

Sel Qəbələdə fəsadlar törətdi - Yollar yararsız hala düşdü, suötürücü borular sıradan çıxdı (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2023 13:06 (UTC +04:00)
Sel Qəbələdə fəsadlar törətdi - Yollar yararsız hala düşdü, suötürücü borular sıradan çıxdı (FOTO)

Bakı. Trend:

Qeyri-sabit hava şəraiti Qəbələ rayonu ərazisində fəsadlara səbəb olub. Yağan güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Qaraməryəm-İsmayıllı-Şəki (65-85 km-lik hissəsi), Yemişanlı–Uludaş, Həmzəli-Cığatelli, Xırxatala, Qəbələ-Bum-Qəmərvan avtomobil yollarında sel sularının yolları yuması və özü ilə bərabər lil və qaya parçaları gətirərək, yolların hərəkət hissəsini doldurması, ağacların yollara aşması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borular sıradan çıxıb:

"Bununla da yol infrastrukturuna və yol qurğularına ziyan dəyib. Rayon ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini də yuyaraq sıradan çıxarıb".

Qeyd olunub ki, yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə AAYDA-nın xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub:

"Aparılan işlər çərçivəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin edilib. Qısa müddət ərzində Dəmiraparançayın sol sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti