Bakı. Trend:
Qəbələ rayonunun Uludaş kəndində 1 nəfər fərdi yaşayış evinin damında köməksiz vəziyyətdə qalıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşın xilas olunması təmin edilib.