...

“Azərxalça” və “AZCHEMCO” gübrə istehsalı şirkəti əməkdaşlığa başlayıb (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2023 11:24 (UTC +04:00)
“Azərxalça” və “AZCHEMCO” gübrə istehsalı şirkəti əməkdaşlığa başlayıb (FOTO)

Bakı. Trend:

“Azərxalça” və “AZCHEMCO” şirkətləri milli mədəni dəyərimiz olan xalçaların ölkə hüdudlarından kənarda tanıdılması sahəsində əməkdaşlığa başlayıblar.

Tərəfdaşlıq çərçivəsində “Azərxalça” şirkəti “AZCHEMCO” şirkətinin emblemi ilə məhdud sayda xalça nümunələri istehsal edəcək. Şirkət gələcəkdə bu xalçaları öz tərəfdaşlarına təqdim etməyi planlaşdırır ki, bunların arasında çoxlu sayda iri beynəlxalq şirkət və assosiasiyalar da yer alır.

5 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Azərxalça” ASC-nin əsas vəzifələri xalça və xalça məmulatlarının inkişafı, istehsalı və ixracı zamanı Azərbaycanın mədəni irsini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir. Sənətkarlığa olan bu sadiqlik xalçaçılığın yaradıcılıq prosesinə hörməti simvolizə edən və əllə toxunulmuş xalçaların əzəmətində, ilhamverici poeziya əsərlərində və misilsiz kulinariya şedevrlərində təzahür edən “Əllərinizə sağlıq” ifadəsi ilə uyğun gəlir.

“AZCHEMCO” MMC ölkədə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə əsasən dəstəklənməsi, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatın yaxşılaşdırılması, qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, rəqabət qabiliyyətinin və ölkənin ixrac potensialının artırılması, gübrələrin və bitki mühafizə vasitələrinin istehsalı, eləcə də onların düzgün istifadə olunması üzrə maarifləndirmə işlərinin aparılması sahəsində ideya və layihələr irəli sürür.

Şirkətlərin bu təşəbbüsü milli sərvətimiz olan Azərbaycan xalçalarının tanıdılması üçün yaxşı üsuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti