...

"TCS" şirkəti tərəfindən ADNSU-nun bir qrup müəlliminə SƏTƏM sertifikatları verilib (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2023 11:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qaz-neft-mədən fakültəsinin (QNMF) "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi " kafedrasının 14 nəfər müəlliminə SƏTƏM sertifikatları verilib.

Müəssisələrdə SƏTƏM xidmətlərinin yaradılması və bu xidmətlər üçün işçi personalının hazırlanması məqsədilə “TCS” şirkəti ilə ADNSU arasında bağlanmış müqaviləyə əsasən ADNSU-nun "Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi " kafedrasının müəllim heyətinə SƏTƏM üzrə təlimlər keçirilib.

Qeyd edək ki, ADNSU əməkdaşları həm I, həm də II səviyyəli beynəlxalq SƏTƏM sertifikatına layiq görülüblər.

Xatırladaq ki, “TCS” şkrkəti 2007-ci ildən bəri dövlət qurumları və özəl şirkətlər üçün əmək mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi sahəsində peşəkar xidmət göstərmək, həmçinin ekspert rəyi verməyi hədəf götürmüş beynəlxalq təşkilatdır.

Xəbər lenti

Xəbər lenti