Ağdam. Trend:
Azərbaycanın nəzarətinə keçən ərazilər narkotik tranziti üçün istifadə olunurdu.
Trend-in Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
"Hazırda ekspertizalar davam edir. Ekspertizanın nəticələrindən sonra bir çox məqamlara aydınlıq gətiriləcək", - deyə o, vurğulayıb
Elşad Hacıyev ərazinin əkin sahəsi olduğunu bildirib:
"Əkin sahəsi olmasına baxmayaraq, ərazidə bu cür fəaliyyətlə məşğul olunub. Plantasiyanın sahəsi 10 hektardan çoxdur".