...

Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 2.6 metrə çatıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 9 Oktyabr 2023 14:42 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

bu gün saat 14:00-a olan məlumatına əsasən, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28 m/s, Qobustanda 24 m/s, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti