...

Xankəndi şəhər poliklinikası TƏBİB-in balansına verilib? - RƏSMİ

Cəmiyyət Materials 9 Oktyabr 2023 18:00 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bir sıra KİV-də Xankəndi şəhər poliklinikasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansına verilməsi ilə bağlı məlumat yayılıb.

Trend-in xəbərinə görə, yayılan məlumatlarda qeyd edilib ki, yaxın günlərdə inventarlaşdırma işlərinə başlanılacaq.

Məsələ ilə bağl TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Xankəndi şəhərində digər həyati vacib sahələr kimi, tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

"01.10.2023-cü il tarixindən etibarən Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də, tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti