...

BQXK daşıdığı yüklərlə bağlı dövlət qurumlarını əvvəlcədən məlumatlandırır

Cəmiyyət Materials 17 Oktyabr 2023 10:36 (UTC +04:00)
BQXK daşıdığı yüklərlə bağlı dövlət qurumlarını əvvəlcədən məlumatlandırır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Beynəlxalq Qızıl Xaç Komitəsi hər hansı ərazidən keçəcək istənilən nəqliyyat vasitəsi və daşıdığı yük, insan barədə aidiyyəti dövlət qurumlarına əvvəldən məlumat verir.

Trend xəbər verir ki, bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O qeyd edib ki, razılıq gəlmədən heç bir hərəkət ola bilməz.

"Əlaqədar qurumların da həmin nəqliyyat vasitələrini və ya yükləri yoxlamaq səlahiyyəti, eləcə də nəsə qeyri-qanuni hal olsa bunu aradan qaldırmaq hüququ var. Çünki bizim komitənin həmin hər hansı nəqliyyat vasitəsini, yaxud yükləri yoxlayacaq texniki imkanımız yoxdur. Odur ki, aidiyyəti qurumlara göndərilən məktubda belə yüklərin yoxlanılması hüquqlarının olması qeyd olunur. Bizim əsas missiyamız humanitar yüklərin yerlərə çatdırılmasıdır. Həmin yüklərin arasında dövlətin əleyhinə nəsə olsa çıxara bilərlər",- deyə o əlavə edib.

Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti