...

Bu il 147 dəfə çayların öz məcrasından çıxması halı meydana gəlib

Cəmiyyət Materials 20 Oktyabr 2023 16:20 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə ildir Azərbaycanda quraqlıq daha uzunmüddətli dövrü əhatə edir.

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O bildirib ki, tranzit çaylarla ölkəyə daxil olan suyun miqdarı əhəmiyyətli miqdarda azalıb.

"Bu, həm temperaturun qalxması, həm də yağıntıların paylanmasında qeyri-bərabərliyin artması və s. amillərlə bağlıdır. Su problemi Azərbaycan üçün mühüm problemlərdən biridir. 2023-cü ildə ötən illərlə müqayisədə sel-daşqın hallarının sayı xeyli çox olub. Belə ki, bu il 147 dəfə çayların öz məcrasından çıxması halı meydana gəlib. Bu, keçən ilin rekordunu 3 dəfə üstələyib. Lakin yağıntılar lokal ərazini əhatə edirdi. Bəzi rayonlarda yağıntılar normadan artıq düşdüyü halda, digərlərində az olub. Yağıntıların qeyri-bərabər paylanması bizi vadar edir ki, su mənbələrindən daha səmərəli istifadə edilməsi üçün tədbirlər işlənib hazırlansın. Hazırda bu istiqamətdə işlər görülməkdədir", deyə U.Tağıyeva əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti