...

Təhsil elə sahədir ki, burada uğur əldə etmək üçün uzun zamana ehtiyac var - Nazir

Cəmiyyət Materials 1 Noyabr 2023 10:54 (UTC +04:00)
Təhsil elə sahədir ki, burada uğur əldə etmək üçün uzun zamana ehtiyac var - Nazir

Təhsil sisteminin nailiyyətləri innovasiyaya töhfə verən ən vacib amillərdəndir.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, təhsil elə sahədir ki, burada uğur əldə etmək üçün uzun zamana ehtiyac var.

“İnnovativ düşüncə tərzinin formalaşması təhsil müəssisələrində başlamalıdır. Biz bilik paylayan müəssisələrdən çox, yeni bilik yaradan müəssisələrə çevrilməliyik. Universitetlər innovasiyanın vacib elementidir. Universiteti bitirən tələbə “mən harda işləyəcəm? ,Kim işə qəbul edəcək?” suallarından savayı “Mən yeni nə iş yarada bilərəm?” kimi suallar verməsi də önəmlidir”,- deyə nazir əlavə edib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir. "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti