...

Səhiyyənin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində işlər görülür - Zaur Əliyev

Cəmiyyət Materials 2 Noyabr 2023 11:04 (UTC +04:00)
Səhiyyənin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində işlər görülür - Zaur Əliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müasir dövrün bütün sahələrində sağlam rəqabət mühitinin olması vacib məsələlərdəndir. Səhiyyə sahəsində bu gün oxşar növ məhsullar istehsal edən çoxsaylı şirkətlər mövcuddur. İstər xəstəliklərin müayinə və müalicəsində istifadə edilən tibbi avadanlıqlar, istərsə də dərman vasitələri ildən-ilə daha da təkmilləşir, yenilənir. Şirkətlərin təqdim etdikləri məhsulları əlaqəli müəssisələrə tanıtmasının və sağlam rəqabəti inkişaf etdirməsinin ən uğurlu yolu bu cür tibb sərgilərinin keçirilməsidir. Çox şadıq ki, ölkəmizdə tibb və səhiyyə sahələrini əhatə edən, dövlət və özəl sektor arasında yeni biznes tərəfdaşlıqların inkişafına imkan yaradan belə sərgilər təşkil olunur.

Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Medinex - 2023" sərgisində çıxışı zamanı deyib.

O qeyd edib ki, məqsədimiz mühüm səhiyyə islahatı olan və 3 ilə yaxındır ölkəmizdə tətbiq edilən icbari tibbi sığorta haqqında sərgi iştirakçılarını və ziyarətçiləri məlumatlandırmaqdır.

"Bu bizə iştirakçıların fəaliyyətimizlə bağlı maraqlandığı əsas məsələləri öyrənməyə, sual və təklifləri dinləməyə də şərait yaradacaq.

Bilirsiniz ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən səhiyyə islahatları bu gün uğurla davam edir. Səhiyyəmizin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində çox böyük işlər görülür. Tibb müəssisələri müasir tibbi avadanlıqlar və tibbi sərfiyyatla təchiz edilir.

Vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini, vaxtında, maneəsiz xidmətdən yararlanmasını təmin etmək qarşımıza qoyduğumuz başlıca hədəflərdəndir. Bu məqsədlə Agentlik xidmət keyfiyyətinin artmasını şərtləndirən əsas amillərdən biri kimi tibb müəssisələrinin təchizatının gücləndirilməsinə çalışır. Agentlik icbari tibbi sığortanın tətbiqinə başlanıldığı dövrdən indiyədək 100 milyon manata yaxın məbləğdə yeni cihaz və avadanlıq almışdır. Məqsədimiz uzunmüddətli perspektivə universal tibbi təminata nail olmaqdır. Bunun nəticəsidir ki, bu il Xidmətlər Zərfinin təminata aldığı tibbi xidmətlərin sayı və əhatə dairəsi də genişləndirilmiş, 3315-ə çatdırılıb", - deyə Z.Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti