...

Təmiz şəhər modelini regionlara daşınmasına ehtiyac var - Komitə sədri

Cəmiyyət Materials 6 Noyabr 2023 12:52 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tullantıların idarə olunması regionlarda zəif gedir. Təmiz şəhər modelini regionlara daşınmasına ehtiyac var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O bildirib ki, yaşıl enerji zonasının yaradılması və bu istiqamətdə hədəflərə nail olmaq üçün görüləcək işləri sürətləndirmək lazımdır.

“Daha bir problem iqlim dəyişikliklərinin törədəcəyi fəsadlardır. Bu sahə üçün gələn ilin dövlət büdcəsindən ayrılan vəsait bu illə müqayisədə az artımdır. Vəsait kiçik həcmdə artırılsa da, görülən işlər yerində qalır. Su resurslarından səmərli istifadəni önə çıxarmaq lazımdır. Dünyanı, eləcə də Azərbaycanı təhdidlər gözləyir. Çünki ölkəmiz azsulu ölkələrdəndir. Hətta adambaşına düşən su sərfiyyatına görə bir çox dövlətlərdən dəfələrlə geridə qalır”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti