...

Sosial islahatlar paketi əhalinin 4 milyondan çoxunu əhatə edib - Nazir

Cəmiyyət Materials 22 Noyabr 2023 10:26 (UTC +04:00)
Sosial islahatlar paketi əhalinin 4 milyondan çoxunu əhatə edib - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi Bakıda “DOST Mərkəzi”də yerləşir.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin açılış tədbirindəki çıxışında bildirib.

“Hər bir ölkə bu mərkəzə qoşula bilər. Artıq 10 ölkə mərkəzin nizamnaməsini imzalayıb. Sabah üç ölkənin imzalaması gözlənilir. Bu mərkəzin yaradılması islam ölkələrində əmək sahəsində sıx əməkdaşlığa böyük töhfə verəcək.

Azərbaycan əmək və məşğulluq sahəsində çox işlər görüb. Dörd il ərzində ümumilikdə sosial islahatlar paketi əhalinin 4 milyondan çoxunu əhatə edib. Bu islahatlar gələcək illərdə də davam edəcək”,- deyə nazir bildirib.

Qeyd edək ki, Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda Əmək Mərkəzinin açılış tədbiri keçirilir. Mərkəz tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq. 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.

Xəbər lenti

Xəbər lenti