...

Tibbi xidmətlə bağlı fikirlərimizi telefonla bildirəcəyik

Cəmiyyət Materials 22 Noyabr 2023 13:24 (UTC +04:00)
Tibbi xidmətlə bağlı fikirlərimizi telefonla bildirəcəyik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Agentlik vətəndaş məmnunluğunun yüksəldilməsi üçün növbəti illər üçün qarşısına bir çox məqsədlər qoyub.

Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O qeyd edib ki, ilk olaraq vətəndaş məmnunluğunu ölçmək üçün “e-Tabib” mobil tətbiqi üzərindən icbari tibbi sığorta hesabına göstərilən tibbi xidmətləri qiymətləndirmək mümkün olacaq:

"Tibbi xidmətin qiymətləndirilməsi dedikdə müvafiq xidmət üzrə rəy yazmaq, tibbi personalın davranışı, pasiyentə olan münasibət, xəstəxanadakı şərait və digər məsələlərlə bağlı pasiyentlər mobil tətbiq üzərindən fikirlərini bildirə biləcəklər. Biz öz növbəmizdə bunları ətraflı təhlil edib keyfiyyətin artırılması üçün müvafiq tədbirlər görəcəyik.

Əsas hədəfimiz universal tibbi təminata, keyfiyyətli xidmətlərin göstərilməsinə nail olmaqdır. İnanırıq ki, görüləcək bu tədbirlər tibbi xidmətlərin əhali üçün daha əlçatan olmasına və məmnunluğun artmasına, onların maliyyə risklərindən mühafizəsinə gətirib çıxaracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti