Bakı. Trend:
Hamının öz doğma yurdunda bundan sonra xoş günlərlə firavan yaşamasını arzulayırıq.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Məmmədova Vüsalə deyib.
Onun sözlərinə görə, Füzulidən çıxanda üç ailə ilə birlikdə çıxıblar.
“O zaman övladlarım kiçik yaşda ikən Füzulini tərk etmişik. İndi isə nəvələrimlə birlikdə Füzuliyə dönürəm. Həyat yoldaşım olmadan Füzuliyə qayıtdığıma görə kədərliyəm. Amma sevinirəm ki, bundan sonra öz doğma yurdumda yaşayacağam.
Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin.
Allah bundan sonra Azərbaycan xalqına həmişə xoş günləri yaşatsın”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün də daxil olmaqla Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.