Bakı. Trend:
Bu gün bizim median pensiyamız 360 manata çatıb. Bu, cəmi 3-4 il əvvəllə müqayisədə 2,5 dəfəlik artımdır və bunu kifayət qədər yaxşı dinamika hesab edirik.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Nazir bildirib ki, hər kəsin böyük arzusudur ki, Azərbaycanda ən yüksək əməkhaqları və pensiyalar olsun.
“Nominal rəqəmin yüksək olması hamımızın arzusudur. Nominal rəqəmin arzu etdiyimiz səviyyəyə çatmasını biz də istəyirik. Hələ o səviyyəyə çatmamışıq. Bunu bir günə etmək çox böyük çağırışlar, fəsadlar törədə bilər. Ona görə də dinamikaya baxmaq lazımdır", - deyə nazir bildirib.