...

Metroda rekord sayda sərnişin daşınıb

Cəmiyyət Materials 29 Noyabr 2023 10:54 (UTC +04:00)
Metroda rekord sayda sərnişin daşınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

867 min 310 sərnişin daşınıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin. Rəhbəri Bəxtiyar Məmmədli məlumat verib.

O bildirib ki, bu göstərici cari ilin 24 noyabr tarixində qeydə alınıb.

"Bu metropoliten tarixində bu günə qədər qeydə alınan rekord göstəricidir", - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə verilib. Yeni texniki qurğunun istifadəyə verilməsi "Əlçatan metro" layihəsi çərçivəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti