...

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Ana qızının öldüyünü bilmədi, iki gün meyiti ilə "yaşadı"

Cəmiyyət Materials 5 Dekabr 2023 23:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda mənzildən 40 yaşlı qadın meyiti tapılıb.

Trend xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayonundakı mənzillərdən birində baş verib.

Məlum olub ki, anası ilə birgə yaşayan 1984-cü il təvəllüdlü Marina Aleksandrovna Solovyova iki gün öncə ölüb.

Lakin anası görmə və eşitmə əngəlli olduğu üçün qızının ölümündən xəbəri olmayıb. Artıq aşkarlanan meyit aidiyyatı üzrə təhvil verilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Xəbər lenti

Xəbər lenti