Bakı. Trend:
Əsas magistral yollarda Qərbi Azərbaycan mahallarının adı yazılsın.
Trend xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə çıxış edib.
O qeyd edib ki, 2016-2017-ci illərdən magistral yollarımızda Şuşa, Xankəndi və b. o dövrdə işğalda olan rayonlarımızın adı qeyd olunurdu.
“Biz əmin idik ki, bir gün Qarabağa qayıdacağıq. Hazırda da deyirik ki, Qərbi Azərbaycana öz avtomobillərimizlə qayıdacağıq. Təklif edirəm ki, şəhər və rayonlarımızın əsas magistral yollarında Qafan, Göyçə, Ağbaba və s. kimi yaşayış yerlərimizin adı yazılsın, ora qədər olan məsafələr qeyd olunsun”, - deyə o əlavə edib.