...

Zəlzələdən sonra polis gücləndirilmiş iş rejiminə keçdi - RƏSMİ

Cəmiyyət Materials 7 Dekabr 2023 09:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi tərəfindən zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib.

Trend xəbər verir ki, bu barədə qurum mə\lumat yayıb.

Bildirilib ki, polis gücləndirilmiş iş rejiminə keçib:

"Xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir".

Qeyd edək ki, Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.

Xəbər lenti

Xəbər lenti