Bakı. Trend:
Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib.
Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
“Noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5246 müəllimin vəzifə maaşına 35 faiz, 17914 müəllimə isə 10 faiz artım tətbiq olunub”, -məlumatda qeyd edilib.