...

Bu il neçə orqan transplantasiyası olub? - Zaur Əliyev açıqladı

Cəmiyyət Materials 14 Dekabr 2023 11:16 (UTC +04:00)
Bu il neçə orqan transplantasiyası olub? - Zaur Əliyev açıqladı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son bir neçə ayda 23 vətəndaşa orqan transplantasiyası həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu il Xidmətlər Zərfindəki xidmət sayını 81% artırılaraq, 3315-ə çatdırılıb.

“Yeni əlavə edilən xidmətlərin sırasında gələn transplantasiya əməliyyatları (böyrək, qaraciyər, sümük iliyi – 150, 100, 20) limitli şəkildə qarşılanır. Bugünədək İTS çərçivəsində 23 sayda transplantasiya əməliyyatı icra olunub”, - deyə o əlavə edib.

Sədr bildirib ki, dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurların sayında illər üzrə artım müşahidə edilib:

"Nəzərə alınmalıdır ki, 2023-cü il üzrə göstərici noyabr ayınadək olan statistikadır. Belə ki, bu il 358 772 əməliyyat və prosedur icra olunub. Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir. Əməliyyatların 74%-i planlı əməliyyatların payına düşüb".

Xəbər lenti

Xəbər lenti