Bakı. Trend:
2016-cı ildə sağlamlıq turizmində olan maliyyə dövriyyə 25 milyarddan 2020-ci ildə 55 milyard dollara yüksəlib. Proqnozlara görə, həmin rəqəm 2027-ci ildə 208 milyard dollara çatacaq.
Trend xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunun “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” panelində çıxışı zamanı deyib.
"Həmin rəqəmlər bizə bu sahədə böyük potensial olduğunu göstərir. Həm Azərbaycan, həm də Türkiyə həmin potensialdan yaxşı istifadə edə bilər", - deyə R.Əliyev bildirib.