...

Cəlilabadda azyaşlı bacılar kanalda boğulub öldü (YENİLƏNİB)

Cəmiyyət Materials 29 Dekabr 2023 17:39 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyiti aşkar olunub.

Trend xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

xxx

Cəlilabad rayonunda iki azyaşlı kanala düşərək boğulub.

Trend xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

7 yaşlı Abdullayeva Leyla Vüsal qızı və bacısı, 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı Cənubi Muğan kanalına düşərək boğulublar.

Faktla bağlı araşdırma aparılır.

xxx

Cəlilabadda iki nəfər kanala düşərək boğulub.

Trend xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

İki nəfərin kanala düşərək boğulduğu bildirilir. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti