...

Qaçaqmalçılıq halları bu gün də davam edir - Şahin Bağırov

Cəmiyyət Materials 30 Yanvar 2024 10:38 (UTC +04:00)
Qaçaqmalçılıq halları bu gün də davam edir - Şahin Bağırov
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Toplanan bütün gömrük ödənişləri xalqımızın yaxşı yaşamasına yönəldilir.

Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məsələdə digər orqanlar da önəmli rol oynayır.

“Əfsuslar olsun ki, qaçaqmalçılıq halları bu gün də davam edir. Azərbaycana saxta malların gətirilməsinə cəhd göstərirlər. Gömrük orqanları bu kimi halların qarşısının alınması üçün bütün dövlət orqanları ilə birgə fəaliyyət göstərir”, - deyə Ş.Bağırov əlavə edib.

Qeyd edək ki, yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasının 32-ci ildönümü - gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib. Dövlət Gömrük Komitəsində keçirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Prezident İlham Əliyev tərəfindən gömrük xidmətinə göstərilən diqqət və qayğıya görə çoxsaylı gömrük əməkdaşları adından minnətdarlığını bildirib, peşə bayramı günü münasibətilə bütün şəxsi heyəti təbrik edib. Qeyd edilib ki, milli və iqtisadi təhlükəsizliyin təminatçısı olan gömrük orqanları qarşısında müəyyən edilən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarığını əsirgəməyəcək. Sonra Dövlət Gömrük Komitəsinin 2023-cü il ərzində həyata keçirdiyi yeni layihələrdən bəhs edən videoçarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti