...

Gömrük əməkdaşları xaricdə təlimlərdə iştirak edəcəklər - Şahin Bağırov

Cəmiyyət Materials 30 Yanvar 2024 11:01 (UTC +04:00)
Gömrük əməkdaşları xaricdə təlimlərdə iştirak edəcəklər - Şahin Bağırov
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Biz növbəti illərdə qarşımızda duran vəzifələri layiqincə yerinə yetirəcəyik.

Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün gömrük işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə deyib.

Ş.Bağırov bildirib ki, 2024-cü ildə məqsəd ili yüksək nətocələrlə yekunlaşdırmaqdır.

“Hər bir gömrük əməkdaşı burada çalışan zaman özünü güvəndə hiss etməli və karyera yüksəlişinə nail olmalıdır. Bütün əməkdaşlar əmin olmalıdır ki, onun faydalı fəaliyyəti yüksək qiymətləndiriləcək. Gömrük əməkdaşları xaricdə təlimlərə cəlb olunurlar, bu ildə bu kimi təlimlərdə gömrük əməkdaşları iştirak edəcəklər”, - deyə Ş.Bağırov əlavə edib.

Qeyd edək ki, yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasının 32-ci ildönümü - gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib. Dövlət Gömrük Komitəsində keçirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Prezident İlham Əliyev tərəfindən gömrük xidmətinə göstərilən diqqət və qayğıya görə çoxsaylı gömrük əməkdaşları adından minnətdarlığını bildirib, peşə bayramı günü münasibətilə bütün şəxsi heyəti təbrik edib. Qeyd edilib ki, milli və iqtisadi təhlükəsizliyin təminatçısı olan gömrük orqanları qarşısında müəyyən edilən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarığını əsirgəməyəcək. Sonra Dövlət Gömrük Komitəsinin 2023-cü il ərzində həyata keçirdiyi yeni layihələrdən bəhs edən videoçarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti