Bakı. Trend:
2023-cü ildə 480 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.
Trend rus KİV-ləriə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti məlumat yayıb.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 45,4 % çoxdur. Bununla da Azərbaycan vətəndaşları Rusiyaya səfər edən əcnəbilər arasında ilk 10-luqda qərarlaşıb.
Ümumilikdə ötən il Rusiyaya gedən xarici turistlərin sayı əvvəlki illə müqayisədə təxminən 18,6 % artaraq 15,48 milyon nəfər təşkil edib.