...

Elnur Rzayev növbəti səyyar qəbulunu Pirquluoba kəndində keçirib (FOTO)

Cəmiyyət Materials 22 Fevral 2024 16:58 (UTC +04:00)
Elnur Rzayev növbəti səyyar qəbulunu  Pirquluoba kəndində keçirib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Pirquluoba kəndində səyyar qəbul keçirib.

Qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Pirquluoba, Qoçaqlı, Hacıməmmədoba və Yeni Sudur kəndlərinin sakinləri iştirak edib.

Sakinlər daxili yolların təmiri, təbii qazın təzyiqinin artırılması, suvarma kanallarının təmizlənməsi, elektrik təsərrüfatının yenilənməsi, məktəb binasının təmiri və digər müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti