...

“YAŞAT” Fondu şəhidimizin anasının əməliyyat xərclərini ödədi

Cəmiyyət Materials 27 Fevral 2024 13:21 (UTC +04:00)
“YAŞAT” Fondu şəhidimizin anasının əməliyyat xərclərini ödədi

Bakı. Trend:

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.

Trend xəbər verir ki, şəhidimiz Ülvi Rəhimovun anası Ülviyyə Rəhimovaya təyin olunan diaqnoz nəticəsində hər iki gözə “Baryer lazer koagulasiya” və mirvari suyu əməliyyatı məsləhət görülüb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer alan hər iki əməliyyat icra olunub, xidmətlər zərfində yer almayan sağ və sol gözə “Ozurdex intravitreal inyeksiya” əməliyyatının xərcləri isə “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti