...

Bakıda binanın zirzəmisindən 8 kq-dan artıq marixuana aşkarlandı

Cəmiyyət Materials 6 Mart 2024 20:35 (UTC +04:00)
Bakıda binanın zirzəmisindən 8 kq-dan artıq marixuana aşkarlandı
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Qaradağ rayonunda yaşayış binanın zirzəmisindən marixuana aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, ötən gün Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Vəliyev Emin Müşviq oğluna məxsus ümumi çəkisi 8 kiloqram 300 qram olan qurudulmuş marixuana Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti