Bakı. Trend:
Rayonun bütün idarə, təşkilat və müəssisələrinin kollektivləri eləcədə sadə vətəndaşlar qəbiristanlıqlarda təmizlik işləri aparıblar.
Trend xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev sakinlərlə birlikdə təmizlik aksiyasında iştirak edib.
İməcilik çərçivəsində Xaçmaz şəhər və Qaraqurdlu
qəbiristanlıqlarında məzarlıqların ətrafında səliqə-sahman
yaradılıb, ərazi otlardan və kol-kosdan təmizlənib, vətəndaşların
rahat hərəkəti üçün daxili yollara çınqıl tökülüb.
Elnur Rzayev hər iki qəbiristanlıqda şəhid məzarlarını ziyarət
edib, ruhlarına dualar oxuyublar.
Xaçmaz rayonunda anoloji aksiyalar buna qədər kənd və qəsəbələrdə mövcud olan qəbiristanlıqlarda təşkil edilib.