...

İlin ilk Ay tutulması başa çatdı (YENİLƏNİB)

Cəmiyyət Materials 25 Mart 2024 13:35 (UTC +04:00)
İlin ilk Ay tutulması başa çatdı (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlin ilk Ay tutulması başa çatıb.

Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə bildirilib ki, bu tutulma yarımkölgəli Ay tutulmasıdır.

Bu tutulma zamanı Ay tam kölgəyə keçmədiyinə görə tutulma o qədər də hiss olunmur. Yarımkölgəli Ay Tutulması Avstraliyanın şərq hissəsi, Cənubi və Şimalı Amerikada, Sakit Okean, Atlantik Okean, Arktika və Antarktida da, Avropanın qərb hissəsində müşahidə olunur.

Ay tutulması Bakı vaxtı ilə saat 08:53-də başlayıb və saat 13:32-də bitib, tutulmanın maksimumumu saat 11:12-də olub. Tutulma zamanı Ay üfüqdən aşağıda yerləşdiyinə görə tutulma Azərbaycandan müşahidə olunmayıb.

xxx

08:55

Bu ilin ilk Ay tutulması başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.

Trend-in məlumatına görə, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 08:53-də başlayan tutulma hadisəsi saat 13:32-də sona çatacaq. Tutulmanın maksimumu saat 11:13-də olacaq.

Tutulma Amerika, Antarktida, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünür. Tutulma Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur. Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur. Belə ki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti