...

Atamın qəbrini tapıb ziyarət etmək istəyirəm - Füzuli sakini

Cəmiyyət Materials 27 Mart 2024 07:05 (UTC +04:00)
Atamın qəbrini tapıb ziyarət etmək istəyirəm - Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Atamın qəbrini tapıb ziyarət etmək istəyirəm.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Rübabə Abdullayeva deyib.

Onun sözlərinə görə, deyilənə görə, atasının qəbri itib, bundan sonra onu tapmağa çalışacaq. Yaşadığı məhəllədə yenidən gəzmək ona qismət olub.

"Prezidentimizə təşəkkür edirik ki, bizi öz doğma yurdumuza geri qaytarır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Şəhid analarının əllərindən öpürəm. Biz şəhidlərin qanı bahasına öz yurdumuza, elimizə qayıdırıq", - deyə o bildirib.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2379 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti