...

Xocalıda yeni tapılan məzarlıqda insan qalıqlarının sayı arta bilər

Cəmiyyət Materials 31 Mart 2024 13:53 (UTC +04:00)
Xocalıda yeni tapılan məzarlıqda insan qalıqlarının sayı arta bilər
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Xocalı. Trend:

Xocalıda yeni tapılan məzarlıqda insan qalıqlarının sayı arta bilər.

Trend-in Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev deyib.

Onun sözlərinə görə, məhkəmə tibbi ekspertləri hazırda burada iş aparırlar.

“Martın 28-də işğaldan azad edilmiş Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında insan qalıqları aşkarlanıb. Tapılan insan qalıqları qablaşdırılaraq götürələcək. Aparılan araşdırmalardan sonra qalıqları tapılan şəxslərin yaşı, boyu hansı şəraitdə ölmələri ilə bağlı məlumatlar məlum olacaq”, - deyə sədr əlavə edib.

Qeyd edək ki, ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyən edilib. Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti