...

Arağın illik istehsal həcmi artırılacaq?

Cəmiyyət Materials 6 Aprel 2024 12:12 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qida təhlükəsizliyi sahəsinin daha da təkmilləşdirilməsini istəyiriksə, ilkin mərhələdə arağın illik istehsal həcminin 20 min yox, 60 min dekalitrə olmasını təklif edirik.

Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Elşad Cəbrayılov bildirib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə AQTA nümayəndəsinin təklifinə cavab olaraq bildirib ki, alkoqollu içkilərin illik istehsalı üçün təklif edilən 60 min dekalitrə həcmi çoxdur.

“Bu təklifin bir əsaslandırılması olmalıdır. Qeyd edim ki, qanun layihəsi mütəxəssislər tərəfindən hazırlanıb. Bəzi ölkələr var ki, onların içkiyə olan təlabatı çoxdur. Amma Azərbaycan içkiyə bu qədər təlabatlı deyil. Bizdə keçən il 6396 ton tütün istehsal olunub. Biz istehsalı artırmaq və onu xarici bazara çıxarmaq istəyirik. Alkoqol və tütün insan səhhəti üçün ziyanlıdır. Biz yalnız alkoqollu içkilər üçün 60 min dekalitrə həcmini xarici bazara çıxartmaqdan ötrü artıra bilərik”,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti