Ağdam. Trend:
Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, sürücünün ölməsi ilə nəticələnən qəza Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü İsrafil Həsənov ağır bədən xəsarətləri alaraq ölüb. "BMW" markalı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Rövşən Əliyev isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.
xxx
14:59
Ağdamda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Ağdam rayonu "Dördyol-1" qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı minik avtomobili ilə "BMW" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.
"VAZ-2107" markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.