...

Son 3 ayda pensiya ödənişlərinə 14 faiz çox vəsait yönəldilib

Cəmiyyət Materials 17 Aprel 2024 10:24 (UTC +04:00)
Son 3 ayda pensiya ödənişlərinə 14 faiz çox vəsait yönəldilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (198 mln. manat) çox olmaqla 1 mlrd. 613 mln. manat vəsait yönəldilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, pensiya artımı istiqamətində növbəti addım kimi, 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Son üç ayda 11,9 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 114 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti