...

Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Cəmiyyət Materials 17 Aprel 2024 14:57 (UTC +04:00)
Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub.

Trend xəbər verir ki, Fərhad Adıgözəlovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Xatırladaq ki, aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti