...

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi torpağa tapşırıldı

Cəmiyyət Materials 15 May 2024 14:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqan rayonunun Şəfəq qəsəbəsindəki "Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəsul Arif oğlu Əliyevin nəşinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

Trend xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Rəsul Əliyev 1960-cı il fevralın 18-də Sumqayıt şəhərində anadan olub. O, 1993-cü il noyabrın 7-də Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində gedən döyüşlərdə itkin düşüb.

Xəbər lenti

Xəbər lenti