...

İran vətəndaşından 20 kq narkotik əldə edən Lənkəran sakinləri saxlanıldı

Cəmiyyət Materials 8 İyun 2024 09:42 (UTC +04:00)
İran vətəndaşından 20 kq narkotik əldə edən Lənkəran sakinləri saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəran sakinlərindən 20 kiloqram narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri Aqil Vəliyev və Anar Vəlizadə sonuncunun idarə etdiyi "Opel" markalı avtomobildə saxlanılıblar.

Həmin nəqliyyat vasitəsindən 20 kiloqram tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin narkotik vasitəni saxlanılan şəxslərdən Aqil Vəliyevin şəxsiyyəti istintaqla araşdırılan "Hafis" adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti