Bakı. Trend:
Bu günə qədər 15 min şəhid ailəsinə və müharibə əlilinə ev təqdim edilib və 4600 ailə qalıb.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, növbəli şəkildə bütün şəhid ailələrinə mənzillər təqdim ediləcək.
“Lakin kiminsə növbəsini pozaraq qeyri-qanuni olaraq ev təqdim edilməsi mümkünsüzdür. Hansı şəhid ailəsinə demək olar ki, sənin növbəni pozub evi sənə verməyib başqasına veririk? Hər biri bizim üçün dəyərlidir, qanunvericiliyin müəyyən etdiyi qaydada növbəli şəkildə hamısına mənzil verilir.
Növbəlilik siyahısı ilə bağlı hər hansı şəxsdə sual yaranmaması üçün e-sosial portalında və nazirliyin müvafiq səhifələrində siyahı yerləşdirilib”, - deyə nazir bildirib.