...

Xaçmazın Palçıqoba kəndində inşa olunan məktəb binasında son tamamlanma işləri görülür (FOTO)

Cəmiyyət Materials 20 İyun 2024 17:05 (UTC +04:00)
Xaçmazın Palçıqoba kəndində inşa olunan məktəb binasında son tamamlanma işləri görülür (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Palçıqoba kəndində inşası davam etdirilən məktəb binasında işlərin gedişi ilə də maraqlanıblar.

360 şagird yerlik, ikimərtəbəli məktəb binasında tikinti işlərinə 2023-cü ilin mart ayından başlanılıb. Üç korpusdan ibarət yeni məktəb binasında son tamamlama və tərtibat işləri aparılır, məktəbin həyəti abadlaşdırılır. Müasir məktəb binasında sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana olacaq.

Yeni məktəb binasının növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2020- ci ilin iyul ayında Palçıqoba kəndindəki köhnə məktəbin binasında yanğın hadisəsi baş verib. Ötən müddət ərzində şagirdlər qonşu Nərəcan kənd tam orta məktəbində təhsillərini davam etdiriblər.

Xəbər lenti

Xəbər lenti