...

Ölkədə bu ilin ilk yarısında 736 nəfər İİV-ə yoluxub

Cəmiyyət Materials 12 İyul 2024 17:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-iyun aylarının yekununa dair məlumatda bildirilib.

Qeyd edilib ki, ötən 6 ay ərzində İİV-ə 736 nəfər yoluxmuşdur.

Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olmuşdur.

Azərbaycan vətəndaşları arasında 33 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti