...

Bakıda evdən pul oğurlayanlar tutuldu

Cəmiyyət Materials 24 İyul 2024 16:02 (UTC +04:00)
Bakıda evdən pul oğurlayanlar tutuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtda evdən pul oğurlayan şəxslər saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb. Paytaxt sakinlərindən biri yaşadığı mənzildən 3000 manatının oğurlanması barədə polisə məlumat verib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən Pənah İmanov və tanışı Şümşəd Mahmudov saxlanılıblar. Ş.Mahmudovun üzərindən əlavə olaraq narkotik vasitə marixuana da aşkarlanıb.

Araşdırmalar davam etdirilir. P.İmanov və Ş.Mahmudovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti