Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 4 mindən çox ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib. Onlardan 3800-ə qədəri ahıl, qalanları əlilliyi olan şəxslər olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, evdə (səyyar) sosial-məişət xidməti əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.
Agentliyin mütəxəssisləri tərəfindən 202 nəfər sosial-hüquqi xidmətlərlə təmin edilib.
24.07.2024 [16:25]
Çap et
A+ A-
1 / 2
Bakı, 24 iyul, AZƏRTAC